Titan və Rational şirkətlərinin təşkilatçılığı ilə aşbazlar üçün master-class təşkil olunmuşdur.

30-dan çox aşbazın iştirak etdiyi master class ərzində aşbazlara müxtəlif bişirmə texnologiyaları – SmartCooking, buxarda bişirmə, qızartma, mərhələli bişirmə və s. proseslər haqqında əyani üsullarla seminar keçirilmiş və onlara nə üçün Rational-ın dünya bazarında buxar konvektomatları arasında lider olduğu və müxtəlif istehsalat müəssisələrində çalışan aşbazların niyə məhz Rational-ı seçdiyi izah olunmuşdur. Master class Rational-da fəaliyyət göstərən ukraynalı baş aşbaz Aleksey Qlyuşçenko tərəfindən aparılmışdır.

Rational şirkəti “Ən uğurlu innovasiya” kateqoriyası üzrə Dieselmedallie 2018, Intergastra Innovationspreis 2018, Küche Award Gold 2017 və s. kimi beynəlxalq mükafatlara və sertifikatlara sahibdir. Master class-ın təşkilatçısı olan TİTAN Sənaye Şirkətləri Birliyi 2005-ci ildən Rational şirkətinin ölkədəki rəsmi və yeganə distribüteridir. TİTAN Group SŞB Rational şirkətinin məhsulları müştərilərə lizinq və ya nəğd satışla təqdim edir.

Qeyd edək ki, 30 ildən artıq fəaliyyət göstərən TİTAN Sənaye Şirkətləri Birliyi peşəkar mətbəx avadanlıqları, ticarət avadanlıqları, sendviç panellər və inşaat materialları istehsalı və satışı ilə məşğuldur.

Leave a Reply

Yandex.Metrica
Close Menu