Səbətdə:

Say: 0

Əməkdaşlıq etdiyimiz Lizinq Şirkəti – “Prior Leasing”

1. “Prior Leasing” şirkəti 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkət ölkənin bütün regionlarında müştərilərinə rahat və operativ xidmət göstərmək məqsədilə, yeni filialların yaradılmasına və iş prosesində innovativ texnologiyaların istifadəsinə üstünlük verir.

2. Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” bugün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, tikinti texnikalarını həmçinin iri və xırda buynuzlu damazlıq heyvanlarını sərfəli lizinq şərtləri ilə təklif edir. “Prior Leasing” şirkəti “Dövlət Aqrar Kredit və İnkişaf Agentliyi”nin Müvəkkil Kredit Təşkilatı seçilərək öz müştərilərinə Agentliyin vəsaitləri hesabına güzəştli lizinq təklif etməyə nail olmuşdur.

3. Şirkətin ən böyük üstünlüyü geniş təchizat şəbəkəsinə malik olmasıdır. “Prior Leasing” yerli təchizatçılarla yanaşı, xarici şirkətlərlə də uğurlu əməkdaşlıq təcrübəsinə malikdir. Azərbaycan, Avropa, ABŞ, Çin, Türkiyə və digər ölkələrdə olan xeyli sayda texnika istehsalçıları və satıcıları ilə qurulmuş partnyorluq əlaqələri tələb olunan avadanlıqları ən qısa zamanda, əlverişli qiymətlərlə müştərilərə təklif etmək imkanı verir.

4. “Prior Leasing” hər zaman daha yaxşı xidmət göstərmək məqsədilə müştərilərə daşınmaz əmlak, avtomobil və bir çox məhsulların sərfəli lizinq şərtləri ilə əldə edilməsini təklif edir.

5. Prior Leasing” şirkətinin əsas üstünlüklərindən biri də alınan məhsulu ünvana sürətli və təhlükəsiz çatdırmasıdır. Partnyorluq etdikləri daşıma şirkəti sizə yükdaşımanın ən sərfəli və rahat yolunu təklif edir. İstədiyiniz məhsulu hava şəraitindən, təhvilalma nöqtəsinin çətinliyindən və məsafəsində asılı olmayaraq ən qısa zamanda sizə çatdırır.

6. “Prior Leasing” tərəfindən təqdim edilən bütün məhsullar ehtimal verilən xətalardan sığortalanır. Bu zaman əməkdaşlıq etdikləri etibarlı sığorta şirkətlərinin xidmətlərindən istifadə edilir. Sığorta şərtləri ilə bağlı məlumatları həm “Prior Leasing”dən həm də partnyorlarından əldə edə bilərsiniz.