Şirkət HAQQINDA

“Titan Group” Sənaye Şi̇rkətlər Bi̇rli̇yi̇ 1989-ci i̇ldən eti̇barən Azərbaycan bazarında ti̇carət və sənaye soyuducu avadanlıqlarının i̇stehsalçısı ki̇mi̇ fəali̇yyətə başlamışdır.

Missiyamız

TITAN Group-un missiyası peşəkar komandası ilə istehlakçılarının zövqünə uyğun məhsulları yüksək keyfiyyətdə istehsal etmək, quraşdırmaq və servis göstərməklə, investorlara stabil artan divident ödəmək və ölkədə innovativ texnologiyaların inkişafına dəstək verməkdən ibarətdir.

Vizyonumuz

TITAN Groupun hədəfi peşəkar mətbəx, mağaza vitrin və soyuducuları, sandviç panel və fərdi sifarişlər əsasında məişət avadanlığı istehsalı və ixracı sahəsində ölkənin lider şirkəti olmaqdan ibarətdir.

Qısa tariximiz

Şirkətin tarixi

TARİX

  • 1990-cı il

    “TITAN GROUP” Sənaye Şirkətlər Birliyi Azərbaycan bazarında 1990-cı ildən ticarət və sənaye soyuducu avadanlığının istehsalçısı kimi fəaliyyətə başlamışdır.

  • 1996-cı il

    1996-cı ildən şirkətimiz ictimai qida müəssisələri üçün mətbəx avadanlığı, sənaye tipli isidici və soyuducu avadanlıqları, istehsalını müvəffəqiyyətlə həyata keçirir.

  • 2000-ci il

    2000 ci ildən isə iri miqyaslı soyuducu və dondurucu kameraların layihələşdirilməsini, istehsalını və bütün mühəndis hesablamalarını müvəffəqiyyətlə həyata keçirir. Azərbaycan Respublikasında isə poliuretan (PUR) sendviç panel istehsalı ilk olaraq TİTAN GROUP tərəfindən 2000-ci ilin sonunda başlanmışdır.

  • 2002-ci il

    Şirkətimizin 2002 ildən mövcud olan istehsal sahəsi Suraxanı rayonu, Bülbülə qəsəbəsində ümumi ərazisi 11378.7 kv.m., tikinti altı sahə 6368.0 olan zavodu fəaliyyətə başlamışdır

  • 2011-ci il

    Şirkət 2011-ci ildə Azərbaycanda ilin şirkəti mükafatına layiq görülüb.

  • 2013-cü il

    2013 ildə Binə qəsəbəsində müasir avadanlıqlarla təchiz olunmuş respublikamızda analoqu olmayan dünya standartlarina cavab verən 20000 kvm sahəyə malik yeni istehsal sahəsi yüksək sivəyyədə fəaliyyət göstərir.

  • 2014-cü il

    Azərbaycan respublikasi İqtisadiyyat və Sənaye nazirliyinin Avadanlıq istehsalinda müasir texnologiyalarin tətbiqinə görə mükafatlandırılmışdır.

  • 2017-ci il

    2017-ci ilin ikinci yarısında isə TİTAN GROUP yeni inşa edilmiş fabrikasında Azərbaycan Respublikasında ilk dəfə olaraq poliizosianurat (PİR ) dolumlu sendviç panellərin istehsalına başlamışdır.

ZAVODLAR

Binə zavodu

Ünvan: Binə qəsəbəsi, Bakı

İstehsalata daxildir:
Sendviç panellər
Soyuducular

Bülbülə zavodu

Ünvan: Bülbülə qəsəbəsi, Bakı

İstehsalata daxildir:
Mətbəx avadanlıqları
Market avadanlıqları