Henkelman şirkətinin vakuum aparatlarının istifadəsinə aid Master Class keçirilib

Henkelman şirkətinin vakuum aparatlarının istifadəsinə aid Master Class keçirilib

Titan Group SŞB tərəfindən Henkelman şirkətinin vakuum aparatlarının istifadəsinə aid Master Class keçirilib.

Azfood.az xəbər verir ki, Master Class ərzində vakuum aparatlarının istehsalı üzrə peşəkar şirkət olan Hollandiyanın Henkelman firmasının məhsulları təqdim olunub. Belə ki, Henkelman şirkəti 1994-cü ildən Vakuum aparatlarının hazırlanması ilə məşğuldur. Dünyanın 80-dən çox ölkəsində 450-ə yaxın distribüterə malik Henkelman şirkətinin vakuum maşınları çox funksiyalılığı və davamlılığı ilə fərqlənir. Mətbəxlər üçün Jumbo, Boxer, Neo, Lynx, Toucan kimi bir sıra stolüstü , xəstəxanalarda, banklarda, böyük fabriklərdə istifadə olunan sənaye modelli vakuum maşınlarını əldə etmək üçün TİTAN Group-dan sərfəli qiymətə sifariş edə bilərsiniz. Master Class-da 20-dən çox şəxs iştirak etmişdir. Tədbir ərzində vakuum aparatının funksiyaları – yumşaltma, marinə etmə, vakuum qablaşdırma, avtotəmizləmə və digər funksiyaları izah olunmuş və əyani tətbiq edilib.

Master Class-ın yekununda iştirakçılara Henkelman şirkətinin kataloqları təqdim olunub.

Qeyd edək ki, 30 ildən artıq fəaliyyət göstərən TİTAN Sənaye Şirkətləri Birliyi peşəkar mətbəx avadanlıqları, ticarət avadanlıqları, sendviç panellər və inşaat materialları istehsalı və satışı ilə məşğuldur.