Rational firmasının məhsulları barədə Master Class təşkil edilmişdir

Rational firmasının məhsulları barədə Master Class təşkil edilmişdir

“Titan” və “Rational” şirkətlərinin təşkilatçılığı ilə aşpazlar üçün master-klass təşkil olunub.
30-dan çox aşpazın iştirak etdiyi master-klass ərzində aşpazlara müxtəlif bişirmə texnologiyaları – SmartCooking, buxarda bişirmə, qızartma, mərhələli bişirmə və s. proseslər haqqında əyani üsullarla seminar keçirilib və onlara nə üçün “Rational”ın dünya bazarında buxar konvektomatları arasında lider olduğu və müxtəlif istehsalat müəssisələrində çalışan aşbazların niyə məhz “Rational”ı seçdiyi izah olunub. Master-klass “Rational”da fəaliyyət göstərən ukraynalı baş aşbaz Aleksey Qlyuşçenko tərəfindən aparılıb.
“Rational” şirkəti “Ən uğurlu innovasiya” kateqoriyası üzrə “Dieselmedallie 2018”, “Intergastra Innovationspreis 2018”, “Küche Award Gold 2017” və s. kimi beynəlxalq mükafatlara və sertifikatlara sahibdir. Master-klass-ın təşkilatçısı olan TİTAN Sənaye Şirkətləri Birliyi 2005-ci ildən “Rational” şirkətinin ölkədəki rəsmi və yeganə distribüteridir. TİTAN Group SŞB Rational şirkətinin məhsulları müştərilərə lizinq və ya nəğd satışla təqdim edir.

Qeyd edək ki, 30 ildən artıq fəaliyyət göstərən TİTAN Sənaye Şirkətləri Birliyi peşəkar mətbəx avadanlıqları, ticarət avadanlıqları, sendviç panellər və inşaat materialları istehsalı və satışı ilə məşğuldur.