Titan Group istehsal etdiyi sendviç panellər üçün sertifikatını yeniləmişdir.

Titan Group istehsal etdiyi sendviç panellər üçün sertifikatını yeniləmişdir.

Azərbaycan Respublikasında poliuretan (PUR) sendviç panel istehsalı ilk olaraq TİTAN GROUP tərəfindən 2000-ci ilin sonunda başlanmışdır. 2017-ci ilin ikinci yarısında isə TİTAN GROUP yeni inşa edilmiş fabrikasında Azərbaycan Respublikasında ilk dəfə olaraq poliizosianurat (PİR ) dolumlu sendviç panellərin istehsalına başlamağı planlaşdırır. Poliizosianurat (PİR ) dolumlu sendviç panellərin poliuretan (PUR) panellərindən əsas fərqli cəhəti yanğına qarşı daha dözümlü olmasıdır. Beləki, yanğın zamanı açıq alova məruz qaldıqda közlənmə zamanı onun səthində koks əmələ gəlir ki, bu da oksigeninin daxil olmasının qarşısını alır. Açıq alov bitdiyi zaman isə özü-özünə sönmə xüsusiyyətinə malikdir. Hazırda TİTAN GROUP-da PUR/PİR poliuretan sendviç panel istehsalı dünyanın bu sahədə aparıcı
şirkətləri olan CANNON (İTALYA) və ECOSYSTEM (İTALYA) firmaların
avadanlıqları ilə təmin olunmuşdur. Poliuretan sistemlərində isə əsasən
COVESTRO (İsveçrə) və DOW (ABŞ) firmalarının məhsulları istifadə olunur.