SALVAGNINI S4+P4 AVADANLIĞI

S4 + P4 Salvagnini sistemi standart formatda olan metal vərəqlər əsasında hazırlanmış yarımemal məmulatın üzərində dəlik açılması, kəsilməsi, bükülməsi əməliyyatlarını həyata keçirir. S4 + P4 Salvagnini xətti tam avtomatlaşmış kompleks iş üçün yaradılmışdır. Mükəmməl ustalıq məharəti, proqram təminatı və rahat idarə olunması sayəsində sistem fabrikin logistikasını, iş zamanının optimizə edilməsini və istehsalatı nəzarət olmadan yerinə yetirilməsi imkanını verir. Sistemin yenidən sazlanması dəzgah işləyən zaman paralel rejimdə həyata keçirilə bilər. Künc bükümlərə real zamanda nəzarət olunma imkanı fərdi məmulatın istehsalını və effektivliyini artırır. Multipress başlıq, quraşdırılmış press-qayçı proqram təminatının imkanları, dəlmə-kəsmə funksiyası və bükülmə alətinin universallığı komplekt istehsal və nəzarətsiz istehsal imkanını yaradır.
Close Menu