MANNI presləmə avadanlığı

Hər zaman yüksək innovativ texnologiyaları istehsalata tətbiq etməyi üstün tutan TİTAN Group SŞB tərəfindən daha bir ilk! İlk dəfə olaraq Azərbaycanda 12 metr uzunluğunda soyuducu kamera panelləri yalnız bizdə!
Şirkətimiz İtaliya istehsalı olan 80 ton çəkisində Manni vakuum pressləmə avadanlığı ilə sizin sifarişlərinizi daha az vaxtda və daha da yüksək keyfiyyətdə sizə təqdim edəcək.
Avadanlığın iş prinsipi çox sadədir. Cannon avadanlığı ilə iki səth arasına yayılan köpük elektron idarəetmə panelində qeyd etdiyiniz sıxlıqda vakuum şəraitində presslənərək sizə maksimum keyfiyyət zəmanəti verir. Panellər hazırlanarkən səthlər termostatik sistemlə qızdırılır daha sonra köpük səthlərin daxilinə preslənir bununla da avadanlıq tam sıxılmış və davamlı olur. Eyni zamanda 1+1 funksiyasına görə panellərdən biri hazırlanarkən digərinin hazırlıq mərhələsi aparıla bilər. Bu baxımdan da fasiləsiz iş dövriyyəsi baxımdan daha məhsuldardır. Panelin sıxlığı 1 sm2 a 1.4 kq-dan 2.5 kq-a qədərdir.

Close Menu