2020-ci ildə müştərilərimizə daha müasir, eyni zamanda ucuz və keyfiyyətli məhsullar təqdim etmək üçün HOMAG BAZ 211 VENTURE 20 avadanlığını istehsalatımıza tətbiq edirik! Dünyanın bir sıra qabaqcıl Avropa ölkələrində tətbiq olunan bu texnologiya özünəməxsus funksiyaları ilə fərqlənir. İnsan əməyini minimuma endirən bu texnologiya müxtəlif taxta materiallarını həm kəsir, həm cilalayır, həm də təmizləyir. Beləliklə istehlakçıya ideal məhsul təqdim edir. Elektron idarəetmə funksiyası və özünə məxsus HOMAG WOODWOP 5.0 proqram təminatına malik olan bu avadanlıq yüksək istehsalat qabiliyyətinə və beynəlxalq sertifikatlara malikdir. 1 dəq ərzində motor çarxı 18000 dövr edə bilir. Enerjiyə qənaətli və dəyişilə bilən ehtiyyat hissəli bu avadanlıqla sifarişləriniz qısa müddətdə sizə çatdırılacaq.
Close Menu