TITAN GROUP” Sənaye Şirkətlər Birliyi 1990-cı ildən etibarən Azərbaycan bazarında ticarət və sənaye soyuducu avadanlıqlarının istehsalçısı kimi fəaliyyətə başlamışdır. 1996-cı ildən şirkətimiz ictimai qida müəssisələri üçün mətbəx avadanlığı, sənaye tipli isidici və soyuducu avadanlıqlar, 2000 ci ildən isə iri miqyaslı soyuducu və dondurucu kameraların istehsalını, layihələşdirilməsini və tam mühəndis hesablamalarını müvəffəqiyyətlə həyata keçirir.

 

Şirkətimizin 2002 ildən mövcud olanSuraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən, ümumi ərazisi 11378.7 m², qapalı istehsal sahəsi 6368 m² olan fabriki və  Binə qəsəbəsində yerləşən, 2013 ildən etibarən istismara verilmiş, müasir avadanlıqlarla təchiz olunmuş, dünya standartlarina cavab verən 20000 m² sahəyə malik yeni fabrikiyüksək səvəyyədə fəaliyyət göstərir. Şirkətimizdə 200 nəfərə yaxın mütəxəssis işlə təmin olunmuşdur. 

ISO 9001

ADS